"Gələcəkdə tələblərə görə kadr ehtiyacının artması və azalmasını görəcəyik" - Nazir

   "Gələcəkdə tələblərə görə kadr ehtiyacının artması və azalmasını görəcəyik" -    Nazir
  01 Noyabr 2023    Oxunub:749
"Yüksək texnologiyalar sahəsində təbii ki, hər zaman inkişaf var. Lakin sırf bu peşə yönünə köklənmək də doğru olmaz. Misal olaraq, kiçik texnik belə yüksək bacarığı ilə böyük innovasiya edə bilər".
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Təhsilin İnkişafı Forumunda "İnnovasiya ekosisteminin yaradılması" panelində deyib.

Nazir bildirib ki, bu gün dünya alternativ və günəş enerjisindən danışır: "Əvvəlki dövrdə isə bu sahəyə indiki qədər kadr lazım deyildi. Yəni hər dövrün öz tələbi var. Müxtəlif istiqamətlərdə ssenarilərimiz olmalıdır. Qazanılan bilik və bacarıqlarının tətbiqinin imkanları mütləqdir. Etiraf edək ki, sovet dövründən qalan təhsil mirası Qərb təhsilindən kifayət qədər güclü idi. Lakin tədbiqi iş praktiki təcrübədən sonra mümkün idi".

S.Babayev vurğulayıb ki, təhsil sahəsində konsepsiyaların tədbiqi önəmlidir: "Peşə və ixtisaslar daim inkişaf etməlidir. Əhalinin məşğulluğu da əsas hədəflərdəndir. Müxtəlif kateqoriyadan olan vətəndaşların hazırlanması vacibdir. Gələcək dövrdə tələblərə görə kadr ehtiyacının artması və azalmasını görəcəyik. Bu da olduqca təbiidir".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti