Şahid: “Vaqif Xocalı soyqırımında da amansız qətllər törədib”

      Şahid:    “Vaqif Xocalı soyqırımında da amansız qətllər törədib”
  01 Noyabr 2023    Oxunub:896
“Mən özüm Birinci Qarabağ müharibəsində döyüşmüşəm. Mənim anamı, atamı Vaqif qətlə yetirdi”.
AzVision.az xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın noyabrın 1-də keçirilən məhkəmə prosesində zərərçəkmiş Nadir Əkbərov deyib. Onun sözlərinə görə, Vaqif Xocalı soyqırımında da amansız qətllər törədib:

“Vaqif girovları işgəncə verib öldürürdü. Bizim kəndin sakinlərini uşaq, qoca, qadın demədən məhv etdilər. O vaxt bunu “Vagi” kimi çağırırdılar. Hadisələr vaxtı səsgücləndirici ilə Azərbaycanca bizi kənddən çıxmağa çağırır, çıxmaq istəyəni də qapısında güllələyirdilər. Vaqif indi boynuna almır, amma təkcə Məşəli yox, Malıbəyli, Quşçular və azərbaycanlılar yaşayan digər kəndlərə birbaşa hücum edənlərdən olub”.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti