Barrozu Qarabağdan danışdı

Barrozu Qarabağdan danışdı
  14 İyun 2014    Oxunub:916
“Qarabağ münaqişəsinin həll edilməməsində AB-ni günahlandırmaq doğru deyil”.
“Status-kvo uzun müddət davam edə bilməz. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq prinsiplər əsasında həllinə nail olunması üçün əlindən gələni etməlidir”.

APA-nın xəbərinə görə, bunu Avropa Komissiyasının sədri Joze Manuel Barozzu ADA Universitetində “Avropa Birliyi -Azərbaycan: Yeni imkanlar və çağırışlar” mövzusunda çıxışı zamanı deyib.

J.M.Barrozu vurğulayıb ki, Dağlıq Qarabağ problemi Azərbaycan üçün ağrılı məsələdir. “Atəşkəs rejiminin əldə olunmasından 20 il keçsə də, hələ də sülh əldə olunmayıb. Biz tərəflərin sülhə nail olmasını istəyirik və ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyətini dəstəkləyirik. Biz əlimizdən gələni etməliyik ki, beynəlxalq prinsiplər əsasında bu məsələnin həllinə nail olaq”.

Avropa Birliyinin Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşdığını deyən Barrozu, tərəfdaşlığın sülh və rifaha əsaslandığını qeyd edib.

Komissiya sədri bildirib ki, Qarabağ münaqişənin həll edilməməsində Avropa Birliyini günahlandırmaq doğru deyil. J.M. Borrozu əlavə edib ki, bu münaqişə digər qüvvələr tərəfindən yaradılıb.


Teqlər:





Xəbər lenti