Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
Təqsirləndirilən şəxsin vəkili təqdimata etiraz edib.Məhkəmə tərəflərin fikrini öyrəndikdən sonra qərar elan edib.
Qərara əsasən, N.Bəydəmirlinin həbsdə saxlanılma müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, Nazim Bəydəmirli bu ilin iyulunda həbs olunub.
İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O bu il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.
Eks-deputata qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib.(Qafqazinfo)
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


