Kərim Vəliyev pakistanlı komandanla ikitərəfli və üçtərəfli təlimlərin artırılmasını müzakirə edib

   Kərim Vəliyev pakistanlı komandanla ikitərəfli və üçtərəfli təlimlərin artırılmasını müzakirə edib
  01 Noyabr 2023    Oxunub:690
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Baş Qərargahda keçirilən görüşdə iki ölkə arasında hərbi əlaqələrin və strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb.

İkitərəfli və üçtərəfli birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi bildirilib.

AzVision.az



Teqlər:



Xəbər lenti