İcra başçısı jurnalistlərlə - Foto

Masallı rayonunun 2012-ci ildən Azərbaycanın folklor paytaxtı elan edildiyini xatırladan R.Hüseynov deyib ki, bu il iyunun 13-də Masallıda III beynəlxalq folklor festivalı işə başlayıb. Onun sözlərinə görə, sözügedən festival 15 iyun qurtuluş gününə həsr olunub.
İcra başçısı həmçinin qeyd edib ki, indi Masallıda turizmin inkişafı üçün intensiv işlər görülür.
Sonda icra başçısı Masallıda qonaq olan KİV təmsilçilərinə Masallıda görülən işlərin təbliğinə görə təşəkkür edib.