"Məqsədimiz universal tibbi təminata nail olmaqdır" - Agentlik sədri
"İstər xəstəliklərin müayinə və müalicəsində istifadə edilən tibbi avadanlıqlar, istərsə də dərman vasitələri ildən-ilə daha da təkmilləşir, yenilənir. Şirkətlərin təqdim etdikləri məhsulları əlaqəli müəssisələrə tanıtmasının və sağlam rəqabəti inkişaf etdirməsinin ən uğurlu yolu bu cür tibb sərgilərinin keçirilməsidir. Çox şadıq ki, ölkəmizdə tibb və səhiyyə sahələrini əhatə edən, dövlət və özəl sektor arasında yeni biznes tərəfdaşlıqlarının inkişafına imkan yaradan belə sərgilər təşkil olunur.
Agentliyin də sərgidə xüsusi stendlə təmsil olunması icbari tibbi sığorta sisteminin yerli və beynəlxalq müstəvidə nümayişidir. Məqsədimiz mühüm səhiyyə islahatı olan və 3 ilə yaxındır ölkəmizdə tətbiq edilən icbari tibbi sığorta haqqında sərgi iştirakçılarını və ziyarətçiləri məlumatlandırmaqdır. Bu, bizə iştirakçıların fəaliyyətimizlə bağlı maraqlandığı əsas məsələləri öyrənməyə, sual və təklifləri dinləməyə də şərait yaradacaq.
Bilirsiniz ki, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən səhiyyə islahatları bu gün uğurla davam edir".
Z.Əliyev qeyd edib ki, səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində çox böyük işlər görülür.
"Tibb müəssisələri müasir tibbi avadanlıqlar və tibbi sərfiyyatla təchiz edilir. Vətəndaşlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsini, vaxtında, maneəsiz xidmətdən yararlanmasını təmin etmək qarşımıza qoyduğumuz başlıca hədəflərdəndir. Bu məqsədlə Agentlik xidmət keyfiyyətinin artmasını şərtləndirən əsas amillərdən biri kimi tibb müəssisələrinin təchizatının gücləndirilməsinə çalışır. Agentlik icbari tibbi sığortanın tətbiqinə başlanıldığı dövrdən indiyədək 100 milyon manata yaxın məbləğdə yeni cihaz və avadanlıq alıb. Məqsədimiz uzunmüddətli perspektivə universal tibbi təminata nail olmaqdır. Bunun nəticəsidir ki, bu il Xidmətlər Zərfinin təminata aldığı tibbi xidmətlərin sayı və əhatə dairəsi də genişləndirilmiş, 3315-ə çatdırılıb.
Hesab edirəm bu sərgi iştirakçılara yeni əlaqələrin qurulması, istər özəl, istərsə də dövlət tibb müəssisələrinin ehtiyaclarını yaxından öyrənmək üçün çox gözəl platformadır".
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


