Nazirdən halal dərman vasitələri ilə bağlı açıqlama

 Nazirdən halal dərman vasitələri ilə bağlı açıqlama
  02 Noyabr 2023    Oxunub:1060
Səhiyyə naziri Teymur Musayev halal dərman vasitələri haqqında qəbul edilən standartlarla bağlı məsələyə münasibət bildirib.
AzVision.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki "Dərman vasitələri haqqında" qanun qəbul olunub.

Onun sözlərinə görə, qanunun tədbiqi ilə bağlı xüsusi qaydalar hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub: "Hər kəsi səbrli olmağa çağırıram, çünki yeni qaydalar müasir tələblərə cavab verir. Nəticə ölkəyə yüksək keyfiyyətli dərmanların gətirilməsini asanlaşdıracaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti