90 yaşlı kişi xəstəxanada intihar etdi

90 yaşlı kişi xəstəxanada intihar etdi
  15 İyun 2014    Oxunub:808
Bakıda Kliniki Tibbi Mərkəzdə intihar hadisəsi baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin Apa-ya verdiyi məlumata görə, bu gün saat 14:20 radələrində 90 yaşlı Bakı şəhəri, Binəqədi rayon sakini Kərimov Behbud Niftalı oğlu özünü xəstəxananın ikinci mərtəbəsindən ataraq intihar edib.

A.Qədirli B. Kərimovun intiharının ailə münaqişəsindən qaynaqlandığını, onun psixoloji pozğunluğu olmadığını bildirib. Onun sözlərinə görə, xəstəxanada yırtıq əməliyyatı keçirən və artıq müalicəsi başa çatan B. Kərimovun oğlu bu gün atasının yanına gəlib. Ata və oğul arasında mübahisə düşüb və oğul atasını evə aparmaq istəməyib. Oğlu xəstəxananı tərk edəndən bir saat sonra isə B. Kərimov özünü xəstəxananın ikinci mərtəbəsindən ataraq intihar edib.


Teqlər:





Xəbər lenti