“Bəzi regionlarda həkimlərin yaş həddinin dəyişdirilməsi ilə bağlı təklif vermişik”
O qeyd edib ki, bunlar əsasən Almaniya və Türkiyədə çalışmış həkimlərdir.
TƏBİB sədrinin sözlərinə görə, regionlarda həkim çatışmazlığını aradan qaldırmaq üçün layihə həyata keçirilir, xaricdə təhsil alıb ölkəyə qayıtmış 79 həkim bu layihə üzrə işə başlayıb.
V.Qurbanov əlavə edib ki, həkimlərin yaş həddi qanunvericiliklə tənzimlənmiş şəkildə davam edir. Lakin bəzi regionlarımızda bununla bağlı təkliflərimizi təqdim etmişik:
“Bəzi regionlarımızda həkim və tibb işçilərinin çatışmazlığını nəzərə alaraq, yaş həddi məsələsində müvafiq qurumlara təkliflərimizi etmişik ki, bununla bağlı qanunvericilikdə bəzi məqamlar nəzərə alınsın. Hazırda bununla bağlı iş gedir”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


