"Onkoloji xəstəliklərin tibbi sığorta ilə müalicəsi üçün hesablamalar aparılır"
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi və aidiyyəti qurumlarla onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta çərçivəsində olması üçün bir neçə görüşlər keçirilib: "Hazırda hesablamalar aparılır. Çünki sığorta dəqiq hesablamalar tələb edir. Xarici ölkələrdən də bu işə mütəxəssislər cəlb edilib. Hazırda Türkiyədən mütəxəssislər gözləyirik".
Agentlik rəhbəri ümid edir ki, məsələ ilə əlaqədar bu ilin sonuna qədər müəyyən hesablama və nəticə olacaq: "Bunun nəticəsində məlum olacaq ki, onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta çərçivəsində necə qarşılanacaq. Adətən ən çox müraciət olunan xəstəliklər nəzərə alınır. Bu gün ölkədə əsasən süd vəzi xərçəngi geniş yayılıb. Yəqin ki, ilk sıralarda həmin xəstəlik nəzərə alınacaq".
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


