"Doktor AZ"da antibiotik vurulan şəxs öldü

   "Doktor AZ"da antibiotik vurulan şəxs öldü
  02 Noyabr 2023    Oxunub:1082
Sumqayıtda özəl klinikalardan birində ölüm faktı baş verib.
AzVision.az "Apa"ya istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Elbrus Hörmət oğlu Hüseynov Sumqayıtdakı "Doktor AZ" klinikasında antibiotik iynəsi vurulduqdan sonra ölüb.

Klinikadan bildirilib ki, xəstəyə antibiotik probu qoyulub və bu zaman anafilaktik şok halı baş verib. Vəziyyəti ağırlaşan E. Hüseynov orada ölüb.

Fakt araşdırılır.

AzVision.az


Teqlər:



Xəbər lenti