Tərtərdə gənc minaya düşüb, vəziyyəti orta ağırdır

   Tərtərdə gənc minaya düşüb,    vəziyyəti orta ağırdır
  03 Noyabr 2023    Oxunub:1940
Noyabrın 3-ü saat 01 radələrində Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlaması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə AzVision.az -a Tərtər rayon prokurorluğunun məlumat verilib. Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb. Hazırda vəziyyəti orta ağır olub, müalicəsi xəstəxanada davam etdirilir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
***

DİN-in mətbuat xidmətinin regional qrupundan mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, Tərtər rayonu Borsunlu kəndi ərazisində mina partlayışı örüş yerinin yaxınlığında kənd sakininin fərdi təsərrüafatına aid heyvanlarını axtararkən baş verib.

AzVision.az



Teqlər:



Xəbər lenti