“Bu sənəd Azərbaycan və Avropa İttifaqı üçün çox vacibdir”

 “Bu sənəd Azərbaycan və Avropa İttifaqı üçün çox vacibdir”
  15 İyun 2014    Oxunub:799
“Azərbaycan qlobal siyasi dialoqda çox konstruktiv rol oynayır”. AzVision.az xəbər verir ki, Bakıya səfər edən Avropa Komissiyasının sədri Joze Manuel Barrozu jurnalistlərə belə deyib.
Barrozu qeyd edib ki, prezident İlham Əliyevlə görüşü çox uğurlu keçib: “Biz vacib qərarlar qəbul etdik. Onlardan biri də Avropa İttifaqı və Azərbaycan arasında yeni sazişin yekunlaşması prosesini tezləşdirməkdir. Bu, strateji müasirləşdirmə tərəfdaşlığı barədədir. Bu sənəd Azərbaycan və Avropa İttifaqı üçün çox vacibdir”.

Azərbaycanla Avropa İttifaqının artıq enerji sahəsində vacib əməkdaşlığı inkişaf etdirdiyini vurğulayan Barrozu deyib: “Üç il əvvəl prezident İlham Əliyevlə birgə “Cənub qaz dəhlizi” layihəsi üzrə işə başlamışıq. Bu ancaq siyasi baxımdan deyil, həm də enerji təhlükəsizliyi baxımından çox vacib bir layihədir. Həm də bu gün biz şahidi oluruq ki, Azərbaycan üçün bütün Avropa proqramları açıqdır. Bu isə öz növbəsində əldə edilmiş razılaşmaların nəticəsidir. Burada bütün sahələrdə layihələr nəzərdə tutulur.

Azərbaycanla Avropa İttifaqı arasında birgə işlənilə biləcək sahələr çoxdur. Biz Azərbaycanın ən böyük ticarət tərəfdaşlarındanıq. Azərbaycanın ticarət dövriyyəsinin 42 faizi Avropa İttifaqının payına düşür. Azərbaycanla əməkdaşlığımız ancaq enerji sahəsini deyil, bir çox digər sahələri də əhatə edir”.


Teqlər:





Xəbər lenti