İki gün əvvəl evdə meyiti tapılan qadının qatili bəlli oldu

   İki gün əvvəl evdə meyiti tapılan qadının qatili bəlli oldu
  03 Noyabr 2023    Oxunub:1184
Xaçmaz rayonunda iki gün əvvəl yaşadığı evdə meyiti tapılan Mafizə Şirinbalayevanın öldürüldüyü məlum olub.
Bu barədə AzVision.az -a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, 62 yaşlı qadını öldürməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Əhmədov Şahin Səməd oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti