Tokayev İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

   Tokayev İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
  03 Noyabr 2023    Oxunub:1298
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

“Report”un Astanaya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə dövlət başçısı təbriklərini Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çatdırıb.

Onun sözlərinə görə, Azərbaycan suverenliyini bütün ərazisində təmin etməklə BMT-nin sənədlərini icra edib.


Teqlər:



Xəbər lenti