"Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xətti böyük önəm daşıyır" - Ərdoğan
Türkiyə lideri bildirib ki, beləliklə bölgədə davamlı sülhə bir addım daha yaxınlaşılıb.
“Yaranmış bu fürsətin dəyərləndirilməsi ən böyük arzumuzdur. Ermənistanın Azərbaycana yönəlik öhdəliklərini yerinə yetirməsi mühümdür. Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi də böyük önəm daşıyır. Bu xəttin açılması bütün bölgə ölkələrinin ciddi rifahına töhfə verəcək. Eyni zamanda, Türkiyəni də ata yurdumuz Mərkəzi Asiyaya bağlayacaq”, - Ərdoğan qeyd edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


