"Yardım almasına baxmayaraq, küçədə dilənən qadına bacısı sahib çıxıb" - Komitə
"Əgər problem olarsa və yenidən belə hallar təkrarlanarsa, o zaman uşaqlar anadan alınacaq. Lakin hələlik bacısı onlara baxacağını bildirib. Sabunçu rayonunda qalır. Uşaq da orada məktəbə gedir".
Qeyd edək ki, sosial şəbəkələrdə ana və 2 azyaşlı uşağın Xəzər rayonunda zibil qutularının yanında yaşaması ilə bağlı məlumat paylaşılmışdı. Daha sonra aidiyyatı qurumlar tərəfindən ailəyə ünvanlı sosial yardımın edildiyi, lakin ananın küçədə qalmağa üstünlük verməsi məlumatı yayılmışdı.
Aytən Zəhra
AzVision.az
Teqlər: