"Ermənistan indi daha çox ölkədən silah alır" Mirzoyan əvvəlki hökuməti qınadı

"Ermənistan indi daha çox ölkədən silah alır"  Mirzoyan əvvəlki hökuməti qınadı
  03 Noyabr 2023    Oxunub:2099
Ermənistan indi əvvəlki hökumətin dövründə əldə etdiyi ilə müqayisədə çox sayda dövlətdən silah və texnika almağa nail olur.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2024-cü il büdcə layihəsinin müzakirələrində “Hayastan” müxalifət blokunun deputatı Kristina Vardanyanın sualını cavablandırarkən deyib.

Vardanyan sual verib ki, nə üçün ölkənin ali rəhbərliyi davamlı olaraq Ermənistanın pulu olduğunu, lakin ona silah satılmadığını iddia edir və bu fonda hakimiyyət ölkənin təhlükəsizliyini necə təmin etmək niyyətindədir?

Mirzoyan buna cavab olaraq bildirib ki, əvvəlki hökumət yalnız ölkənin indiki rəhbərliyinin etdiyi kimi, digər ölkələrlə müdafiə müqavilələri bağlamaq arzusunda ola bilərdi.

“Silahların damcı-damcı, onlara lazım olan qədər verilməsinə, sonradan Ermənistanın diz çökməsinə və sonradan başqa ssenarilərin ortalığa çıxmasına öyrəşmisiniz. Xoşbəxtlikdən indi vəziyyət başqadır. Təbii ki, logistik problemlər var, əgər logistika ilə bağlı problem olmasaydı, Ermənistan daha çox müdafiə silahı ala bilərdi”, - deyə nazir qeyd edib.

O hesab edir ki, əvvəlki hakimiyyət dövründə yaradılmış və bu gün müxalifətin “qoruduğu” təhlükəsizlik mexanizmləri işləməyib.

"Qarabağda sülhməramlı mexanizm işləmədi, sizin dövrünüzdə qeyd etdiyiniz və irəli sürdüyünüz bütün mexanizmlər işləmədi", - Mirzoyan əlavə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti