Xəzərdə balıq ehtiyatları azalıb

Xəzərdə balıq ehtiyatları azalıb
  03 Noyabr 2023    Oxunub:1268
"Son illər Xəzər dənizində, o cümlədən Azərbaycan sahillərində balıq ehtiyatlarının azalması müşahidə edilir. Bu təbii, həm də antropogen faktorlarla bağlıdır".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Balıqların sayının öyrənilməsi və ovunun proqnozlaşdırılması şöbəsinin müdiri Elçin Məmmədov Xəzər dənizinin səviyyə dəyişməsinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması məqsədilə yaradılmış ekspert qrupunun iclasında deyib.

Onun sözlərinə görə, balıqların isti cənubi zonadan Orta Xəzərə miqrasiyası qeydə alınır. Bu, həmçinin balıqların yem bazasının növ tərkibinin dəyişilməsinə səbəb olur.

AzVision.az


Teqlər:



Xəbər lenti