"Tələbə Kredit Fondu digər xərclərin də ödənilməsi nəzərdən keçirməlidir"

   "Tələbə Kredit Fondu digər xərclərin də ödənilməsi nəzərdən keçirməlidir"
  03 Noyabr 2023    Oxunub:1187
"Gələcəkdə Təhsil Tələbə Kredit Fondu yalnız təhsil haqlarının ödənilməsi ilə bağlı deyil, həm də təhsillə bağlı digər xərclərin də ödənilməsini də nəzərdən keçirməlidir. Çünki həmin fondda dövlət büdcəsindən ayrılan vəsaitin həcmi artırılıb".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, rəqabətli istehsal sahələrinin inkişaf etdirilməsi üçün vəsait strukturuna yenidən baxılmalıdır: “Nəticəyönümlü elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi üçün tədbirlər planı hazırlanmalıdır”.

AzVision.az


Teqlər:



Xəbər lenti