AMEA-nın fəaliyyət istiqamətləri müəyyənləşdirlib
- elm sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
- Akademiyanın həqiqi, müxbir, xarici və fəxri üzvlərinin seçkilərini təşkil etmək və keçirmək;
- həyata keçirdiyi elmi tədqiqatların Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair milli prioritetlərə və inkişaf strategiyasına uyğun təşkilini və inkişafını təmin etmək;
- elmi potensialın formalaşdırılması və qorunması mühitini təmin etmək;
- elmi innovasiyanı və elmin inkişafını təşviq edən mexanizmlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- strukturuna daxil olan elmi müəssisələrdə elmi-metodik və elmi təşkilati işlər həyata keçirmək.
- Nizamnaməyə əsasən, təbiət, cəmiyyət və insan haqqında yeni biliklər əldə etməklə, Azərbaycanın iqtisadi, sosial, mədəni və innovativ inkişafına xidmət göstərmək Akademiyanın fəaliyyətinin əsas məqsədidir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


