Şəkidə yük maşını aşıb

Şəkidə yük maşını aşıb
  15 İyun 2014    Oxunub:978
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə Şəki rayonu, Aşağı Küncüt kəndində (rayon mərkəzindən 25 km aralı) "KAMAZ" markalı yük avtomobilinin yolun kənarına aşması barədə məlumat daxil olub.

Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, idarəetmədən çıxaraq aşan avtomobilin içərisində 1 nəfər sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən vətəndaşı xilas edarək aidiyyəti üzrə təhfil veriblər.

Əməliyyat saat 08:15-də başa çatıb.


Teqlər:





Xəbər lenti