Azərbaycanla "Huawei" arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycanla "Huawei" arasında əməkdaşlıq müzakirə edilib
  04 Noyabr 2023    Oxunub:1370
Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) "Huawei" şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Liu Tong və şirkətin digər nümayəndələri ilə görüş keçirilib.
Bu barədə AzVision.az -a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) yaydığı məlumata istinadən xəbər verir.

Məlumata görə, görüşdə tərəflər İKT üzrə infrastruktur layihələri, yeni nəsil "5G" texnologiyaları və "bulud" xidmətləri kimi sahələrdə gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etmişlər.

"Huawei" şirkətinin nümayəndələri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə keçirilən "CIDC-2023" tədbirində iştirak etməkdən məmnunluq duyduqlarını bildirmişdirlər.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev Xidmət ilə "Huawei” şirkəti arasında əməkdaşlıq sahəsində böyük perspektivlərin olduğunu vurğulanıb.

AzVision.az


Teqlər:



Xəbər lenti