Deputat: "Onlar işə gedəndə evə sağ qayıdacaqlarına əmin deyillər"

    Deputat:   "Onlar işə gedəndə evə sağ qayıdacaqlarına əmin deyillər"
  04 Noyabr 2023    Oxunub:1678
“Minatəmizləmə ilə məşğul olan şəxslərin iş stajı fərqli hesablanmalı, əməkhaqları yüksək olmalıdır”.
Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov noyabrın 4-də parlamentdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, minaaxtaranlar öz işlərini hansısa kabinetdə görmürlər: “Onlar işə gedərkən evlərinə sağ-salamat geri qayıdacaqlarından əmin deyillər. Bu baxımdan sözügedən məsələnin diqqətdə saxlanılmasını istəyirəm”.

AzVision.az



Teqlər: Deputat  



Xəbər lenti