Komitə sədri: "Öz taleyimizi özümüz həll etməliyik

   Komitə sədri:    "Öz taleyimizi özümüz həll etməliyik
  04 Noyabr 2023    Oxunub:1747
"Beynəlxalq təşkilatlar hələ də Azərbaycana qarşı mina terroru həyata keçirmiş Ermənistana dəstək göstərirlər. Bu da təəssüf doğurur"
Bunu Milli Məclisin deputı Tahir Rzayev noyabrın 4-də parlamentdə "Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmədə bildirib.

O deyib ki, beynəlxalq təşkilatlar gəlib ölkədə bu kimi hadisələri özləri görməli və həll yollarını göstərməlidir: "Amma biz bunun əksini görürük. Bunların hamısı sülhə yox, Cənubi Qafqazda qarışıqlıq yaratmağa hesablanıb. Bu kimi faktlar göstərir ki, öz taleyimizi özümüz həll etməliyik".

AzVision.az



Teqlər: Mina  



Xəbər lenti