"Növbəti ildə büdcədən 76 milyon az transfert ediləcək"

"Növbəti ildə büdcədən 76 milyon az transfert ediləcək"
  04 Noyabr 2023    Oxunub:1606
Bu gün artıq Dövlət Sosial Müdafiə Fondunun büdcəsində dövlət büdcəsindən ödənilən vəsaitin həcmi cəmi 20 faiz təşkil edir. Səksən faiz sosial sığorta haqları hesabına yığılan vəsaitdir.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclis komitələrinin birgə iclasında deyib. “Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ümumi büdcənin 14 faizi olduğu artıq qeyd edildi. Burada xüsusi sevindirən hissə məcburi dövlət sosial sığorta üzrə gəlirlərin 11 faiz proqnozunun və onun daxilində qeyri-büdcə sektorunun 13 faiz artırılmasıdır. Bu, bizim ana siyasətimizin davamıdır. Niyyətimiz ondan ibarətdir.

Biz qeyri-büdcə sektorunun, özəl sektorun inkişafı, əməkhaqqı fondunun artması, orada aparılan şəffaflaşma, qeyri-formal məşğulluğun azalması hesabına qeyri-büdcə sektorundan olan daxilolmaların artırılmasını ana hədəf kimi qarşımıza qoymuşuq. Bu istiqamətdə İqtisadiyyat Nazirliyi, onun alt qurumları və digər dövlət qurumlarımız ilə apardığımız birgə iş nəticəsində bu nisbət ildən-ilə dəyişir.

Transfertin həcmi azalır və növbəti ildə dövlət büdcəsindən builkindən 5 faiz və ya 76 milyon manat daha az transfert ediləcək. Bu isə o deməkdir ki, bu gün artıq Dövlət Sosial Müdafiə Fondunun büdcəsində dövlət büdcəsindən ödənilən vəsaitin həcmi cəmi 20 faiz təşkil edir. Bu da əlbəttə ki, Fondun müstəqilliyi, maliyyə dayanıqlılığı və gələcək inkişafı baxımından çox önəmlidir”, - deyə nazir vurğulayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti