DSMF-nin 1 milyarddan artıq sərbəst vəsaiti investisiyaya yönəldiləcək
Nazir bildirib ki, DSMF artıq investisiya fəaliyyətinə başlayıb: “Qaydalar iyun ayında təsdiq olunub, avqust ayından investisiya fəaliyyətinə başlamışıq. İlin sonunda hesabat Milli Məclisin deputatlarına təqdim ediləcək. Burada gizli heç nə yoxdur. Bu vəsaitlər həssas kateqoriyaya aiddir. İkinci qayda isə o vəsaitlərin investisiya edilməsindən əldə ediləcək gəlirin hara xərclənəcəyi ilə bağlıdır.
Burada bir neçə istiqamət var. Birinci ana istiqamət sosial islahatların maliyyələşdirilməsidir. İkinci istiqamət bu investisiyalardan postmüharibə kontingenti-şəhid ailələri, müharibə əlilləri üçün ev alınması, onlara reabilitasiya xidməti göstərilməsi və digərləridir. Konseptual yanaşma ondan ibarətdir ki, bu vəsait heç cür itirilə bilməz. Riski aşağı olan sərbəst vəsaitlər investisiyaya yönəldilir. Yanvar ayının 1-də sərbəst vəsait olaraq elan edilmiş 1 milyard manatdan artıq vəsait investisiyaya yönəldiləcək. Əldə olunan mənfəətlər ilk olaraq şəhid ailələri və müharibə əlillərinə yönəldiləcək”.
Sahil Babayev qeyd edib ki, keçmiş məcburi köçkünlər üçün tikilən komplekslərdə həmin rayonlarda olan şəhid ailə və əlillərin mənzillə təmin olunmasından sonra həmin mənzillərin satışını təklif ediblər: “Çox ucuz qiymətə komplekslərdən asılı olaraq mənzillər satılır. Hər 6 aydan bir bu mənzillər təqdim olunur. Amma ödənişsiz mənzillə təmin edilmə yalnız müharibə əlilləri və şəhid ailələri üçündür ki, bu investisiyadan əldə olunan gəlirdən bu istiqamətə də istifadə ediləcək”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


