Zaqatalada qanunsuz odlu silahlar müsadirə olunub

Zaqatalada qanunsuz odlu silahlar müsadirə olunub
  04 Noyabr 2023    Oxunub:1797
Zaqatala sakinlərindən qanunsuz saxladıqları odlu silahlar götürülüb.
AzVision.az XƏBƏR VERİR Kİ, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon sakinləri – Mustafa Həməliyev, Güləhməd Həsənov və Bəhruz Cavadovdan qanunsuz olaraq saxladıqları ümumilikdə 3 ədəd ov tüfəngi götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: Silah   Müsadirə  



Xəbər lenti