Annalena Berbok: "Almaniya Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib"
“Avropa Cənubi Qafqazda sülhün bərqərar olmasında və region ölkələri arasında normal münasibətlərin tezliklə bərpasında maraqlıdır. Cənubi Qafqaz Avropa üçün maraqlı regiondur. Bunun iqtisadi səbəbləri və gələcək inkişaf perspektivləri var”, - o bildirib.
Nazirin sözlərinə görə, bu regionda sülh hələ bərpa olunmayıb, həll olunmamış problemlər var, lakin sülh zəruridir. “Sülh prosesi həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğundur. İki ölkəyə səfərlərim zamanı hər iki ölkənin bunda maraqlı olduğunu eşitmək məni çox sevindirdi”, - o əlavə edib.
A.Berbok vurğulayıb ki, Almaniya və Avropa İttifaqı ölkələri bu sülh təşəbbüslərini dəstəkləyir.
AzVision.az
Teqlər: Berbok Almaniya Azərbaycan







Vaxtında, Aydın, Lazımlı!


