Almaniyada polis çatışmazlığı var
Həmkarlar İttifaqından qeyd ediblər ki, əməliyyat xidmətlərinin yükü pik həddə çatıb. “Həmkarlarımız mənəvi və fiziki cəhətdən tükəniblər. Biz öz gücümüzlə bunun öhdəsindən gələ bilmirik, Almaniya hökuməti və federal torpaqların hakimiyyət orqanlarından təkcə bu həftə sonu deyil, həm də 9 və 18 noyabr tarixlərində dəstək istəyirik”, - bəyanatda vurğulanır.
Qeyd edək ki, son həftələrdə bütün Almaniya ərazisi üzrə Fələstin-İsrail münaqişəsi ilə bağlı keçirilən mitinqlərdə 1,2 mindən çox müxtəlif növ qanun pozuntusu qeydə alınıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


