AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, İmişli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 6 otaqlı evin 1 otağının tavanı və çardağı 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.