"Vaqif münaqişəyə qoşulmasaydı, ermənilər qızını zorlayacaqdılar" - Şahid
"Vaqif Xaçatryanı tanıyıram. Hərbçi olmuşam. 90-cı illərdə müxtəlif münaqişələrdə hərbçi kimi iştirak etmişəm. Bizim kəndimiz Xankəndi ilə bitişik idi. O vaxt ordu yox idi. Baş leytenant kimi Şuşa rayonunun qərargah rəisi idim. Köçəryanın komandası var idi, xüsusi hazırlanmış, Ermənistandan gəlmiş adamlardan ibarət idi. Onlar erməni kəndlərinə daxil olurdular. İkinci qrup komanda isə Sarkisyanın komandası idi, ordudan qaçan erməniləri cəzalandırırdılar.
Vaqif haqqında çox böyük məlumatımız var idi. Ona Vladik deyirdilər. Vladik milli münaqişəni qızışdıran şəxs kimi həbs edilib, Şuşa həbsxanasında saxlanılırdı. 4 nəfər idilər.
Meşəli hadisələri baş verən günü Malıbəylinin müdafiəsini təşkil edirdim. Hadisənin baş verdiyi günün səhərisi Meşəliyə getdim. Qətlləri törədənlər 11 nəfər erməni idi. Onlardan 8- ni öldürdük, qalanı qaçdı.
Vladik Şuşa həbsxanasında qalanda dişi ilə damarlarını kəsirdi. Onu xəstəxanaya gətirdik. Orada da tikişlərini dişi ilə sökürdü. Vaqif əgər münaqişəyə qoşulmasaydı, elə ermənilər onun qızını zorlayacaqdılar".
Şahanə Rəhimli
AzVision.az
Teqlər: