Ağsuda avtomobil dərəyə aşıb, ölənlər var

Ağsuda avtomobil dərəyə aşıb,    ölənlər var
  06 Noyabr 2023    Oxunub:1111
Ağsu dolaylarında “Mercedes” markalı avtomobil dərəyə aşıb, ölənlər var.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az -a bildirilib ki, noyabrın 6-sı saat 09:30 radələrində Ağsu dolaylarında Həsən Həsənlinin idarə etdiyi “Mercedes” markalı avtomobil dərəyə aşıb. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişinlər – 1974-cü il təvəllüdlü Xangəldiyev Əmir Ağaxan oğlu və onun 2008-ci il təvəllüdlü oğlu M.Xangəldiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti