Xaçatryanın xəstəlikləri açıqlanıb

   Xaçatryanın xəstəlikləri açıqlanıb
  06 Noyabr 2023    Oxunub:1410
Bu gün məhkəmə iclasında Vaqif Xaçatryanın xəstəlikləri açıqlanıb.
AzVision.az xəbər verir ki, Xaçatryanda ciddi aortal stenoz (qapaq darlığı), ürəyin işemik xəstəliyi, qeyri-stabil stenokardiya, xroniki ürək çatışmazlığı ikinci dərəcə, Hipertoniya II mərhələ, prediabet, qlükozaya qarşı tolerantlığln pozulması diaqnozlu xəstəliklər müəyyən edilib.

Tibbi ekspertizanln nəticələrinə əsasən, Xaçatryanda hazırda mövcud olan ciddi aortal stenoz (qapaq darlığı) xəstəliyi 2-3 il ərzində ciddi ağırlaşmaya səbəb ola bilər. Onun planlı qaydada 2-6 ay ərzində aortal qapağın protezləşdirilməsi cərrahi əməliyyatlna ehtiyacı var.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti