"AZAL-ın yeni formalarında balanslaşdırılmış zəriflik yaratmağı hədəflədik" - Məşhur dizayner

   "AZAL-ın yeni formalarında balanslaşdırılmış zəriflik yaratmağı hədəflədik" -    Məşhur dizayner
  06 Noyabr 2023    Oxunub:2217
Azərbaycanın milli aviadaşıyıcısı AZAL-ın öz əməkdaşları üçün təqdim etdiyi yeni forma məşhur dizayner Rüfət İsmayıl tərəfindən hazırlanıb.
AzVision.az xəbər verir ki, R.İsmayıl klassik üsluba müasir bir toxunuş əlavə edərək balanslaşdırılmış zəriflik yaratmağı hədəflədiklərini qeyd edib:

"Klassik üsluba müasir bir toxunuş əlavə edərək balanslaşdırılmış zəriflik yaratmağı hədəflədik. Məqsədimiz dəyişən tendensiyalarla yüklənməmiş zamansız kolleksiya yaratmaq idi.

Yeni forma uçuş heyəti, VIP Lounge və aviaşirkətin rəsmi kassa komandaları üçün nəzərdə tutulub".

R.İsmayıl qeyd edib ki, kolleksiyada sərnişinlər arasında brend haqqında eyni təsəvvür yaradan zərif paltarlar, dəbli kostyumlar, ayaqqabılar və aksesuarlar vahid dizaynda yer alır.

"Kolleksiya yay və qış mövsümləri üçün hazırlanıb. Materiallar aviasiya personalının iş şəraiti nəzərə alınmaqla seçilir, rahatlıq və mükəmməl uyğunluq təmin edilir.

Mən fəxr edirəm ki, Azərbaycan Hava Yolları öz əməkdaşları üçün yeni geyim forması dizaynını mənim vizyonuma etibar edib”, deyə R.İsmayıl əlavə edib.





Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti