Qazaxda 43 yaşlı vəkilin intiharının təfərrüatları

   Qazaxda 43 yaşlı vəkilin    intiharının təfərrüatları
  06 Noyabr 2023    Oxunub:991
Qazax rayon Hüseynbəyli kənd sakini, 1980-ci il təvəllüdlü Mahmudov Rüfət Əsəd oğlu özlərinə məxsus üzümlük sahədə intihar edib.
Onun meyiti hadisədən bir müddət sonra sahəyə gedən əmisi tərəfindən aşkarlanıb.

Mərhum Qazaxda vəkil olub və intihardan bir gün öncə yaxınlarına işi ilə bağlı başqa rayona gedəcəyini bildirib. Səhəri gün isə onun meyiti üzümlük sahədə tapılıb.

R.Mahmudov ailəli olub, 1 qızı 2 oğlu var, həyat yoldaşı Qazax Rayon İcra Hakimiyyətində çalışır.

Mərhumun atası Əsəd Mahmudov rayonda nüfuzlu şəxsdir. O, keçmiş sovxozda, ət kombinatında direktor, Qazax rayon Sudan İstifadə Birliyində isə icraçı direktor vəzifələrində çalışıb.

Yaxınları və kənd sakinləri mərhumun hansısa bir problemi olmadığını, hər kəsə qarşı xoş rəftar edən, mülayim insan olduğunu bildiriblər.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.(Report)

AzVision.az



Teqlər:





Xəbər lenti