Türkiyədə Blinkenə etiraz etdilər - Foto

   Türkiyədə Blinkenə etiraz etdilər -    Foto
  06 Noyabr 2023    Oxunub:1208
Bir sıra gənc fəallar ABŞ dövlət katibi Antoni Blinkenin Ankaraya səfəri ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirib, şüarlar səsləndirib, Fələstin bayraqlarını dalğalandırıblar. Bu barədə “Aydınlık” qəzeti məlumat yayıb.
“ABŞ dövlət katibi Antoni Blinkenə Xarici İşlər Nazirliyinin binası qarşısında “soyuq duş” verilib.Türkiyə Gənclər Birliyi Blinkeni Fələstin bayraqları və “Qatil Blinken, Türkiyədən get!” şüarları ilə qarşılayıb", - qəzet X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bazar ertəsi Ankarada ABŞ dövlət katibi Antoni Blinkenlə görüş keçirir, danışıqların əsas mövzusu Qəzzadakı vəziyyətdir.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti