Ceyhun Bayramov Ermənistanı sülh sazişi üzrə şansı qaçırmamağa çağırıb
“Bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında bu normallaşma yalnız Azərbaycana və Ermənistana xidmət etməyəcək, bu, həmçinin region və onun sərhədləri xaricində istifadə olunmamış əməkdaşlıq imkanlarının açılmasını təmin edəcək. Fürsətdən istifadə edib Azərbaycanın sülh gündəliyini bir daha vurğulayıram. Biz qarşı tərəfdən də konstruktiv yanaşma və qarşılıqlı addımlar gözləyirik. Biz ümid edirik ki, bu xüsusi şans bir daha itirilməyəcək”, - nazir qeyd edib.
AzVision.az
Teqlər: