Araqların qiyməti qalxacaq

   Araqların qiyməti qalxacaq
  06 Noyabr 2023    Oxunub:1965
Gələn ildən Azərbaycanda bəzi spirtli içki növləri üzrə aksiz vergisi artırılacaq.
Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, içməli spirt, həmçinin araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə aksiz vergisi 20 % artırılaraq 4 manatdan 4,8 manata çatdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti