Müdafiə Nazirliyinin 3 hərbçisinə general-mayor rütbəsi verilib

   Müdafiə Nazirliyinin 3 hərbçisinə general-mayor rütbəsi verilib
  07 Noyabr 2023    Oxunub:1070
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik Fərid Əlibaba oğlu Əliyevə

polkovnik Namiq Süleyman oğlu Bayramova

polkovnik Müşfiq Xıdır oğlu Məmmədova.


AzVision.az


Teqlər:



Xəbər lenti