Vəkil Xaçatryana bəraət istədi, prokuror cavabını verdi
İttiham aktındakı məsələləri sadalayan Radmila Abılova deyib ki, Vaqif Xaçatryanın özünü təqsirli bilmir.
"Vaqif Xaçatryan erməni milliyətindən olan Azərbaycan vətəndaşıdır. Ona görə də, onun barəsindəki istintaq Azərbaycan qanunları ilə tövsif edilir. Vaqif Xaçatryan bildirir ki, o, Meşəli qətliamında iştirak etməyib. Bunun özü cinayət tərkibi olmadığını göstərir. Mən təklif edirəm ki, Xaçatryan haqqında bəraət hökmü çıxarılsın",-deyə o əlavə edib.
Dövlət ittihamçısı Cövdət Mehrəliyev isə bildirib ki, Vaqif Xaçatryanın Meşəli qətliamımda iştirakı təsdiqlənib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: