Xaçatryan son sözünü dedi, günahını boynuna almadı
"Laçın keçidində həbs olunmuşam. Qırmızı Xaç Komitəsi də yoxlayarkən təsdiq ediblər ki, ürəyimdən əməliyyat olunmaq üçün icazə verilməlidir ki, gedəm. Mən Badara sakiniyəm. Axtarışda olduğum haqda heç vaxt xəbərim olmayıb. Mən günahsızam. Burada ifadə verən insanların ailələri ilə yaxın münasibətdə olmuşam. Mənə qarşı çıxış edənlər deyir ki, hər yerdə qətllər törətmişəm. Mən günahsız, Allaha inanan insanam. O cinayətləri edənlərin Allah cəzasını verəcək. Mənə qarşı yalan danışanların da. Kəskin ürək xəstəliyim var, əməliyyat olunmalıyam".
Şahanə Rəhimli
AzVision.az
Teqlər: