“Zəfərə aparan yol” adlı tədbir keçirilib

“Zəfərə aparan yol” adlı tədbir keçirilib
  07 Noyabr 2023    Oxunub:1504
TAİB-in mərkəzi ofisində “Zəfərə aparan yol” adlı tədbir keçirilib.
Tədbirdən əvvəl birliyin sədri, akademik Sudeif İmamverdiyevin başçılığı altında TAİB üzvləri II Şəhidlər Xiyabanını ziyarət ediblər, şəhid məzarları önünə gül dəstələri qoyublar.

Ziyarətdən sonra TAİB-in mərkəzi ofisində “Zəfərə aparan yol” adlı tədbir təşkil olunub. Tədbirdə təşkilatın İdarə Heyətinin, Qadınlar Şurasının, Gənclər Təşkilatının üzvləri, qazilər, qonaqlar və mətbuat nümayəndələri iştirak ediblər.

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü, professor Sudeif İmamverdiyev ümummilli lider Heydər Əliyevin müstəqillik uğrunda apardığı mübarizədən, onun məqsədyönlü siyasətindən söz açaraq Azərbaycan xalqının əldə etdiyi Zəfərdən danışıb. O, bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı: ”Prezident İlham Əliyevin iradəsi, Azərbaycan Ordusunun qüdrəti və xalqımızın sarsılmaz birliyi qarşısında düşmən məğlub oldu. Vətən müharibəsində qazanılan və xalqımızın hər il iftixar hissi ilə bayram günü kimi qeyd etdiyi möhtəşəm Zəfər Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə həkk olunan ən böyük tarixi hadisədir. Biz Azərbaycan tarixini qorumalı, təbliğ etməli, övladlarımızı mübariz ruhda yetişdirməliyik. Bunun üçün vətəndaş cəmiyyətinin boynuna böyük yük düşür. Biz vətənpərvər mövzuların sayını artırmalı, vətəndaş məsuliyyətinin artırılmasında azərbaycançılıq ideologiyasının rolu barədə gənclərlə maarifləndirici tədbirləri genişləndirməli, qəhrəmanlarımızı tanıtmalıyıq. Əsası Ulu Öndər tərəfindən qoyulan müstəqil dövlət quruculuğunun davamlı olması üçün gənclərimizin üzərinə böyük və məsuliyyətli yük düşür. Bu gün burda oturan qəhrəmanlarımız, andığımız şəhidlər bir daha sübut etdilər ki, bunu yalnız öz vətənini sevən, azadlığı uğrunda canını qurban verməyə hazır olan, tərəqqisi namininə çalışan gənclər yerinə yetirə bilər. Ölkəmizin gəncləri vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşürlər. Bizim gənclərimiz bütün sahələrdə fəal iştirak edirlər”.

Nizami rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhmən Hüseynov çıxış edərək müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrda başa çatan Vətən müharibəsi ilə xalqımızın 30 illik yurd həsrətinə son qoyulduğunu, torpaqlarımızın düşmən tapdağından azad edildiyini bildirib.
TAİB-in İdarə Heyətinin üzvü,Turan Elmlər Akademiyasının vitse-prezidenti Sabir Tağıyev bildirib ki, 44 günlük müharibədə bütün cəbhə boyu mərd oğullarımız qəhrəmancasına mübarizə apardılar. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu Azərbaycan əsgərinin qarşısında tab gətirə bilmədi.

Daha sonra şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri, ehtiyyatda olan polkovnik Taleh Əliyevin, II Qarabağ müharibəsi qazilərinin çıxışları dinlənilib. Eyni zamanda, Zəfər günü ilə bağlı videoçarx nümayiş olunub və qazilər diplomlarla təltif olunublar.
TAİB-in sədri Sudeif İmamverdiyev və Vətən Müharibəsi Qəhrəmanı, qazi Azər Abdullazadə Zəfər günü ilə bağlı təəssüratlarını Missiya Tv ilə bölüşüblər.
Sonda xatirə şəkilləri çəkilib.

AzVision.az



Teqlər:



Xəbər lenti