Prezidentin bugünkü sərəncamı ilə 1262 hərbçi təltif olunub

   Prezidentin bugünkü sərəncamı ilə 1262 hərbçi təltif olunub
  07 Noyabr 2023    Oxunub:952
Azərbaycan Prezidenti İlham Əliyev bu gün imzaladığı Sərəncamla Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhədi Xidməti tərəfindən ümumilikdə 1262 nəfər təltif olunub.
AzVision.az xəbər verir ki, 19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan 206 hərbi qulluqçu, eyni zamanda, 19 sentyabr 2023-cü il tarixində Əhmədbəyli–Füzuli–Şuşa yolunun 58-ci kilometrliyində mina partlayışı nəticəsində şəhid olan 8 polis əməkdaşı da təltif olunanlar arasındadır.

Bundan başqa, Vətən Müharibəsində itkin düşmüş və şəhid statusu almış 1 hərbi qulluqçu, Vətən Müharibəsinin iştirakçısı, I qrup müharibə əlili də təltif edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti