Xüsusi Təyinatlılar “Qapıcıq” zirvəsinə yürüş ediblər - FOTO
Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti “Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq”, - deyən İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünü bayram əhval-ruhiyyəsi ilə qeyd edir və onun Ali Baş Komandanlığı altında xidmət etmək şərəfinin yaratdığı qürur hisslərini nümayiş etdirirlər.
Əlahiddə Ümumqoşun Orduda Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı olaraq xüsusi təyinatlılarımız Naxçıvan Muxtar Respublikasının ən hündür nöqtəsi olan “Qapıcıq” zirvəsinə yürüş ediblər.
Çətin dağ aşırımlarından keçərək Ordubad rayonu ərazisində yerləşən və hündürlüyü 3905 metr olan Qapıcıq zirvəsinə qalxan xüsusi təyinatlılar Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ilini tərənnüm edən və üzərinə dəmir yumruğun əks olunduğu lövhəni qaya üzərində bərkidiblər.
AzVision.az
Teqlər: Zirvə