Bu ilin oktyabrı tarixdə ən isti ay olub
Xidmət açıqlamasında 2023-cü ilin oktyabr ayının 1991-ci ildən 2020-ci ilə qədər olan dövr üçün dünyada ən isti oktyabr olduğunu qeyd edib. Bu ayın orta temperaturu oktyabrın orta göstəricisindən 0,85 dərəcə, 2019-cu ilin əvvəlki rekordundan isə 0,4 dərəcə yüksəkdir.
Bundan əlavə, bu ilin oktyabr ayında Şimali Atlantik okeanında suyun yuxarı qatlarının orta temperaturunun rekord səviyyə - 20,79 dərəcə qeydə alınıb.
Qeyd edək ki, bundan əvvəl 2023-cü ilin sentyabrı tarixdə ən isti olub. Ümumdünya Meteorologiya Təşkilatı (WMO) əlavə edib ki, qütb sularından kənarda dəniz səthinin orta temperaturu keçən sentyabr ayında 20,92 °C-ə çatıb ki, bu da sentyabr ayı üçün rekord göstəricidir və 2023-cü ilin avqustundan sonra hər ay üçün ən yüksək ikincidir.
Aytən Zəhra
AzVision.az
Teqlər: