İranda yenidən zəlzələ oldu, Azərbaycanda da hiss olundu - YENİLƏNİB

 İranda yenidən zəlzələ oldu,  Azərbaycanda da hiss olundu - YENİLƏNİB
  08 Noyabr 2023    Oxunub:2166
Yerli vaxtla saat saat 11:09 -da İran ərazisində maqnitudası 4.7 olan daha bir zəlzələ qeydə alınıb.
AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan AzVision.az-a verilən məlumata görə, zəlzələ Azərbaycanın cənub rayonlarında hiss olunub.

***
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.

AzVision.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

***
Bu gün yerli vaxtla 09:18-də İran ərazisində maqnitudası 5.1 olan zəlzələ baş verib.

AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan AzVision.az-a verilən məlumata görə, təkanlar Azərbaycanın həmsərhəd rayonlarında və ona yaxın ərazilərdə 5-3 bala qədər hiss olunub.

***
Bu gün yerli vaxtla saat 09:18-də İran ərazisində zəlzələ olub.

AzVision.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, maqnitudası 5.1 olan təkanlar Azərbaycanın sərhəd bölgələrində, o cümlədən Ağdam rayonunda, Yardımlı, Lerik, Saatlıda da hiss olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti