Putin uşaqların qarşısında diz çökdü - Foto

   Putin uşaqların qarşısında diz çökdü -    Foto
  08 Noyabr 2023    Oxunub:1222
Rusiya prezidenti Vladimir Putin uşaqlarla birgə foto çəkdirmək üçün diz çöküb.
AzVision.az xəbər verir ki, “Mayak” telegram kanalında xəstəxana otağından video yayımlanıb.

Lenta.ru xəbər verir ki, Rusiya prezidenti noyabrın 8-də Dmitri Roqaçev adına Milli Tibbi Tədqiqat Hematologiya, Onkologiya və İmmunologiya Mərkəzinə gəlib. Putin foto çəkdirmək üçün qızların oturduğu iki tibbi çarpayının arasında diz çöküb. Bir qadının səsi fotoya görə ona təşəkkür edib.

Mərkəz Putinin 2005-ci ildə ziyarətinə gəldiyi xəstə oğlan Dima Roqaçevin adını daşıyır.

AzVision.az


Teqlər:





Xəbər lenti