Hakan Fidan Zəfər Günü münasibətilə Azərbaycanı təbrik etdi

   Hakan Fidan Zəfər Günü münasibətilə Azərbaycanı təbrik etdi
  08 Noyabr 2023    Oxunub:1357
Türkiyənin xarici işlər naziri Hakan Fidan 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
Bu barədə diplomat sosial şəbəkədə yazıb.

“Can Azərbaycanın 8 Noyabr - Zəfər Gününü ürəkdən təbrik edirəm.

Zəfərin üçüncü ildönümündə Qarabağ Azərbaycan bayrağı altında əmin-amanlığa qovuşmasının coşqusunu yaşayır.
44 günlük mübarizəni zəfərlə taclandıran bütün qəhrəmanlarımızı şükranla, şəhidlərimizi ehtiramla yad edirəm, Qarabağ Azərbaycandır!”, - XİN başçısı qeyd edib.



AzVision.az


Teqlər:



Xəbər lenti